"Astana" "Qarabağ"ı təbrik etdi - FOTO

16:38 19 İyul 2017

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia"nı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

 

Sportarena.az xəbər verir ki, iki oyunun nəticəsinə görə 6:0 hesabı ilə qalib gələrək III mərhələyə yüksələn Ağdam klubunu  "Astana" təbrik edib. Təbrik Qazaxıstan klubunun rəsmi saytında yerləşdirilib.

 

"Astana" III mərhələyə yüksələn "Qarabağ"ı təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.

 

Qeyd edək ki, "Astana" da ÇL-nin III təsnifat mərhələsinə yüksəlib. Paytaxt klubu II mərhələdə Litvanın "Spartaks" klubunu mübarizədən kənarlaşdırıb.

 


Digər xəbərlər

Xəbər xətti