Sançesin "Arsenal"dakı taleyinə aydınlıq gəldi - Venger açıqladı

17:56 19 İyul 2017

"Arsenal" Aleksis Sançeslə bağlı qərarını açıqlayıb.
 
Sportarena.az xəbər verir ki, London təmsilçisi hələ gələn ilə qədər klubla müqaviləsi olan çilili futbolçunu satmamaq qərarına gəlib. Baş məşqçi Arsen Venger futbolçunun gələcəyi ilə bağlı danışarkən "Son qərarımızı verdik və buna bağlı qalacağıq. Sançesi satmamağı qərara aldıq" fikirlərini söyləyib. 
 
Daha sonra Konfederasiyalar Kubokunun ardından vətəninə futbolçuya komandanın təlim-məşq toplanışına qatılmaq və müqaviləsinin sonuna qədər "Arsenal"da oynamaq tapşırığı verilib. 
 
Bu da o deməkdi ki, növbəti mövsüm futbolçu müqaviləni uzatmasa azad agent kimi başqa komandaya transfer oluna bilər. Bununla yanaşı klub Sançesin fikrini dəyişəcəyi ilə bağlı ümidini itirməyib.


Digər xəbərlər

Xəbər xətti