"Sumqayıt"ın Bolu hazırlığı davam edir

18:26 19 İyul 2017

"Sumqayıt” Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirir.
 
Sportarena.az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi dünən bir məşqlə kifayətlənib. Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən "kimyaçılar” bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb.
 
Qeyd edək ki, "Sumqayıt" bu gün 2 məşqə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti