"Qarabağ"ın rəqibi müəyyənləşdi

23:36 19 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, II təsnifat mərhələsinin ilk görüşündə Albaniyanın "Kukesi" klubunu doğma meydanda qalib gələn (1:0) Moldova çempionu "Şerif" cavab görüşündə 1:2 hesablı məğlubiyyətə rəğmən, səfərdə vurduğu qol sayəsində "Qarabağ"a rəqib olub.

 

Qeyd edək ki, Ağdam klubunun üçüncü mərhələdə ilk oyunu Bakıda, cavab matçı səfərdə olacaq. ÇL-də üçüncü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.


Xəbər xətti