"Qarabağ" - "Şerif" matçının vaxtı müəyyənləşdi

11:04 20 İyul 2017

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının başlama vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun iyulun 25-i saat 21:00-da başlayacaq. Cavab matçı isə  1 həftə sonra Moldovada  oynanılacaq.

 

Qeyd edək ki, "Qarabağ" ikinci təsnifat mərhələsində "Samtredia"nı (Gürcüstan) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə  yüksəlib.


Digər xəbərlər

Xəbər xətti