"Qarabağ" - "Şerif": Biletlər satışa çıxarılır

12:52 20 İyul 2017

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasının biletləri satışa çıxarılır.

 

Sportaren.az “Qarabağ”ın saytına istinadən xəbər verir ki, azarkeşlər sabah - iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

 

"Qarabağ" - “Şerif" matçı iyulun 25-də saat 21:00-da start götürəcək.

 

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11 və 18 nömrəli sektorlar - 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN
VİP - 50 AZN

 


Digər xəbərlər

Xəbər xətti