Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu - VİDEO

14:16 20 İyul 2017

Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub

 

Sportarena.az xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib. Naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 
Sportnet.az-ın məlumatına görə, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub.

 

O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.

 

 


Digər xəbərlər

Xəbər xətti