İsrafilov fərqləndi, "Kadis" 13 qolla qalib gəldi

15:16 20 İyul 2017

Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın “Kadis” klubu təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Sequnda təmsilçisi Regional liqada mübarizə aparan “Barbate”ylə qarşılaşıb. Görüş “Kadis”in 13:1 hesablı qələbəsiylə bitib.

 

İsrafilov ilk 45 dəqiqədə meydanda olub və 3-cü qolu rəqib qapısından o keçirib.


Xəbər xətti