"Qarabağ" ilkə imza atdı - FOTO

17:14 20 İyul 2017

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” - “Şerif” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmaya böyük marağı nəzərə alan “Qarabağ” rəhbərliyi azarkeşlərin qısa zaman kəsiyində asanlıqla biletlərini əldə etməsini düşünərək, daha bir ilkə imza atıb. Belə ki, rəqib dünən məlum olduğuna görə və sözügedən matçın cəmi 5 gün sonra keçiriləcəyini nəzərə alan klub önləyici tədbirlər görüb. “Şerif”lə matçın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.

 

Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və “Qarabağ” bu sistemdən istifadə etməklə Azərbaycanda bir ilki reallaşdıracaq.

 


Digər xəbərlər

Xəbər xətti