"Neftçi"dən ayrılıq açıqlaması

17:53 20 İyul 2017

"Neftçi” müdafiəçisi Georgi Navalovski ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Gürcüstan millisinin üzvü karyerasını Rusiyanın "SKA-Xabarovsk" komandasında davam etdirəcək. 

 

Xatırladaq ki, Navalovski ötən ilin dekabrından "Neftçi"nin üzvü idi. O, son mövsümdə "ağ-qaralar"ın heyətində 16 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti