"Neftçi” müdafiəçisi Georgi Navalovski ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Gürcüstan millisinin üzvü karyerasını Rusiyanın "SKA-Xabarovsk" komandasında davam etdirəcək.
Xatırladaq ki, Navalovski ötən ilin dekabrından "Neftçi"nin üzvü idi. O, son mövsümdə "ağ-qaralar"ın heyətində 16 oyun keçirib.