Yordanesku: “Zirə”nin oyunçuları da simulyasiyaya əl atırdılar"

02:06 21 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Zirə” ilə qolsuz bərabərə qalaraq növbəti mərhələyə adlayan “Astra”nın baş məşqçisi Edvard Yordanesku oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, rumın mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Oyunçularımı, komandamı qələbə münasibətilə təbrik edirəm. Dünən qeyd etdiyim kimi, oyun çox çətin keçdi. Birinci hissədə hücum planında çox güclü “Zirə” gördüm. Oyunçularımı buna hazırlamışdım. Artıq növbəti mərhələ barədə düşünə bilərik. Bu oyunda qol buraxmadan mərhələ adlamağımızdan çox məmnunam. Lakin hücumda, xüsusilə, əks-hücumda oyunumuzdan narazı qaldım. Bəzi epizodlarda yaxşı fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Gənc komandayıq. Təxminən 5-6 həftədi bir yerdəyik. Səhv edə-edə öyrənirik. “Zirə”ni də təbrik edirəm. Onlar meydanda vuruşdular. Şəhərinizi çox bəyəndim və ümid edirəm ki, yenidən bura qayıdaraq, yerli komandalardan biriylə qarşılaşacağıq.

 

- Matç zamanı oyunçularınız yersiz məqamarda yerə yıxılaraq, meydanda gərginlik yaradırdılar. Bu, sizin tapşırığınız idi?
- Təbii ki, bütün bunlar futbolda baş verən hadisədi. Xatırlayırsızsa, ilk oyunda hesab bərabər olduğu zaman “Zirə”nin oyunçuları da simulyasiyaya əl atırdılar. Bu, normaldı. Rəqib təzyiqi artıranda bu cür hallar olur.

 

- Bu oyunda rəqibin heyətində hansı oyunçuları bəyəndiz?
- Adətən, rəqibin oyunçuları barədə danışmağı xoşlamıram. “Zirə”nin heyətində kifayət qədər yaxşı oyunçular var.

 

- Hakimlərdən razı qaldız?
- Ədalətli oyun oldu. Onları da başa düşmək olar. Müəyyən təzyiqlər olurdu.


Xəbər xətti