Kamran Ağayevin yeni klubunun adı məlum oldu

10:56 21 İyul 2017

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin yeni iş yeri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, "Boavişta"dan ayrıdıqdan sonra işsiz olan qolkiper karyerasını Çexiyanın "Mlada Boleslav" klubunda davam etdirəcək. Bu barədə məlumatı Çexiya mətbuatı yayıb. Kamranın yeni klubuna keçidi bu gün rəsmiləşəcək.

 

Xatırladaq ki, "Mlada Boleslav" Çexiya çempionatının ötən mövsümünü 4-cü pillədə başa vurub. Hazırda Avropa Liqasında çıxışını davam etdirən komanda mübarizəyə qoşulduğu 2-ci təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers" klubunu mübarizədən kənarlaşdırıb (2:0, 3:2). "Göy-ağlar" 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubuyla qarşılaşacaq.    


Digər xəbərlər

Xəbər xətti