Rəşad Sadıqov "Zirə"nin oyununda - "Son zərbələrdə daha dəqiq olmaq lazım idi"

11:18 21 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Zirə" ilə Rumıniya "Astra"sı arasındakı cavab matçını (0:0, ilk oyun 1:3) izləyənlər arasında "Qarabağ"ın və milli komandamızın kapitanı Rəşad Sadıqov da vardı.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra o, jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun barədə fikirləriniz...
- “Zirə” yaxşı təsir bağışladı. Çoxlu şansı da oldu. Amma son zərbələrdə daha dəqiq olmaq lazım idi. Belə olan halda mərhələni adlamaq da mümkün olardı.

 

- Zədəniz nə yerdədi?
- 3-4 gündü fərqi məşq edirəm. Yavaş-yavaş hazır olandan sonra komanda ilə birgə çalışacam.

 

- “Şerif”lə oyunda oynamaq ehtimalınız var?
- Dəqiq bilinmir.

 

- ÇL-in 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Şerif” oldu...
- Təcrübəli komandadı. Hamımız yaxşı tanıyırıq. Neçə ildi ki, avrokuboklarda çıxış edirlər. Fikrimcə, bir-birinə oxşar komandalar qarşılaşacaq. Gərgin və maraqlı mübarizə olacaq.

 

- ÇL-in pley-off mərhələsinə çıxmaq üçün “Şerif”i münasib rəqib saymaq olar?
- Rəqiblə deyil. Oyuna görə götürsək, ötən mövsüm “Viktoriya” ən ideal rəqib idi. Amma nə qədər etsək də, top qapıdan keçmədi. Güclü rəqiblər düşəndə, biz fikirləşə bilmərik ki, artıq mübarizəni başa vuracağıq. Sona qədər oynayırıq. Həmçinin, qarşımızdakı rəqib də bu cür yanaşır. Biz zəif və ya güclü rəqib anlayışı ilə oyuna çıxmırıq. Onların da güclü cəhətləri var. İkinci oyun səfərdə olacaq. Düşünürəm ki, cütün taleyi Moldovada həll olunacaq.

 

- “Qarabağ” “Samtredia”nı asan keçsə də, oyun planında problemləri olduğu hiss olunurdu. Bəlkə gücünüzü gizlədirdiz?
- Xeyr, heç kimdən heç nə gizlətmirik. Əlimizdən gələni etdik. Komanda hazırdı. Mövsümün ilk oyunu idi. Ötən mövsüm də “Düdelanj”la oyunlar ağır keçmişdi. Ümid edirəm ki, qarşıdakı oyunda daha yaxşı formada olacağıq.


Digər xəbərlər

Xəbər xətti