Svanadze: "Burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq" - AÇIQLAMA

12:22 21 İyul 2017

"İnter"in baş məşqçisi Zaur Svanadze UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Fola"sına qarşı keçirdikləri cavab matçını (1:4, ilk oyun 1:0) şərh edib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis bunları söyləyib:

 

"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı. Paradoksal haldı ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldu, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdı".


Digər xəbərlər

Xəbər xətti