Rəşad Sadiqov: "Qaçanda nəfəs almaq olmurdu"

13:00 21 İyul 2017

 

"Zirə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Astra" klubuna qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:3) jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, oyunla bağlı öncə bunları dilə gətirib:

 

- “Astra” yaxşı komanda idi. Səfərdə 1:3 hesabı ilə uduzmasaydıq, başqa cür oynaya bilərdik. Rəqib daha təcrübəliydi. Hava da bir tərəfdən çox isti idi, bürkülü hava adamı boğurdu.

 

- İlk hissədə fərqlənmək mümkün olsaydı, fərqli oyun olardı?
- Riçard Qadze ilk dəqiqələrdə qazandığı şansı dəyərləndirsəydi, fərqli futbol olacaqdı.

 

- Rəhbərlik və baş məşqçi bu nəticəyə görə nə dedi?
- Rəhbərlik bizi təbrik etdi. Turniri başıuca tərk etdiyimiz üçün bizə təşəkkür etdilər.

 

- Fasilədən sonra ilk hissədəki kimi oynamadız...
- Hava çox isti idi. Qıraqda dayananda belə adam tərləyirdi. Qaçanda nəfəs almaq olmurdu. Heç rəqib də nəsə edə bilmirdi. Bu üzdən oyunun tempi də düşürdü.

 

- “Astra” Avropa Liqasının qrupunda oynamış klubdu. Vaxtı bu şəkildə uzatmaq onlara yaraşır?
- Bu da “Zirə”nin oyunu ilə əlaqədar idi. Biz daha yaxşı oynadıq. Onlar da belə etdi.

 

- “Zirə” bugünkü oyunu ilə sübut etdi ki, rəqibindən zəif deyildi. Komandada nə çatmadı?
- Uşaq səhvlərdən qollar buraxdıq. Qeyri-adi nəsə edib bizə 3 qol vurmadılar. Sandartd vəziyyətlətdən qollar buraxdıq.

 

- Avropa Liqası “Zirə”yə nə qazandırdı?
- Təcrübə və ölkəmizə reytinq xalları qazandırdıq. Gələcəkdə işimiz rahat olacaq.


Digər xəbərlər

Xəbər xətti