Riçadrd Qadze: "Kimisə nə günahlandıra, nə də ittiham edə bilərəm"

13:32 21 İyul 2017

"Zirə"nin futbolçusu Riçard Qadze Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Astra" klubuna qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:3) jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, oyunla bağlı öncə bunları dilə gətirib:

 

- Sona qədər mübarizə apardıq. Qalib gələ bilərdik. Amma sonda heç-heçə qeydə alındı. Fikrimcə, bu nəticə bizə çempionat üçün əlavə motivasiya verdi.

 

- Meydanda az-çox xarakter nümayiş etdirən sən idin. Digər futbolçular da sənin kimi olsaydı, qalib gəlmək olardı?
- Biz bir komandayıq. Komanda daxilində fərqli keyfiyyətlərə sahib futbolçular var. Amma mən kimisə nə günahlandıra, nə də ittiham edə bilərəm. Qalib gələndə də, uduzanda da birgə olmalıyıq. Biz bir komandayıq!

 

- “Zirə”də bu gün nə çatmadı?
- Fikrimcə, bəxt bizdən uzaq idi. Yaxşı mübarizə apardıq. Sadəcə, bunu nəticədə əks etdirə bilmədik.


- Oyunun ilk dəqiqələrində qaçırdığın qol şansını yəqin ki, hələ bir müddət unutmayacaqsan...
- Top işlək olmayan sol ayağıma düşdü. Mən də məcbur qalıb həmin vəziyyətdə zərbə endirdim.

 

- Həmin epizodda sol ayağını günahlandırmadın?
- Axı mən necə edə bilərəm. Bu, futboldu (gülür).

 

- “Astra”nın vaxtı uzatması sizə necə təsir edirdi?
- Futboldu, təzyiq altında olan rəqibin başqa yolu yox idi. Belə şeylərə hörmətlə yanaşıram.

 

- Hakimlərin qərarları qərəzli deyildi?
- Hakimlərin bəzi səhvləri oldu. Amma onları günahlandırmaq yersizdi. Çünki çoxlu qol epizodumuz olsa da, onlardan faydalana bilmədik.


Digər xəbərlər

Xəbər xətti