"Şerif" "Qarabağ" azarkeşlərinə üsyan etdi - "Təhqirlərinizi dayandırın!" - FOTO

16:18 21 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, ağdamlıların rəqibi dəqiqləşdikdən sonra azərbaycanlı fanatlar tərəfindən Moldova təmsilçisinin rəsmi “facebook” səhifəsinə çoxsaylı “hücum”lar olub. Şərhlərin əksəriyyəti təhqiredici olduğundan “Şerif” “Qarabağ” fanatlarına müraciət edib:

 

“Hörmətli azərbaycanlı dostlar! Sizdən xahiş edirik, “Şerif” klubuna qarşı təhqir və sosial şəbəkə vasitəsilə “hücum”larınızı dayandırın. Səhifənin “Şerif” klubunun rəsmi səhifəsi olduğunu nəzərə alsaq, bu tip mesajlar silinəcək. Anlayışınız üçün minnətdarıq!”

 


Xəbər xətti