"Kəpəz" "Ankaragücü"nə qarşı

15:21 22 İyul 2017

“Kəpəz” Ərzurumda təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi gündə iki dəfə məşq edir. Səhər məşqləri əsasən fiziki hazırlıq üzərində qurulub. Axşam hazırlığında isə futbolçular taktiki və texniki çalışmalar üzərində işləyirlər. 

 

“Sarı-göylər” bu gün Ərzurumda ikinci yoxlama oyununu keçirəcək. Komandanın rəqibi Türkiyənin 1-ci liqa təmsilçisi olan “Ankaragücü” klubudu. Yerli hakimlər briqadasının idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti