"Qarabağ"ın yeni transferi fan şopdan məhsul aldı

15:52 22 İyul 2017

Bir müddətdir çalışmaları davam edən "Qarabağ" klubunun fan şopu artıq hazırdır.
 
Sportarena.az xəbər verir ki, bu gün müəyyən işlər tamamlandıqdan sonra satışlar başlayıb. Komandanın yeni transferi olan Yakub Jejniçak artıq fan-şopdan ilk məhsulu alıb. Polşalı futbolçu sabah baş tutacaq əsmi açılışda da iştirak edəcəyini bildirib.

 

Qeyd edək ki, rəsmi açılış sabah saat 14:00-da baş tutacaq.
 
Ünvan: Park Bulvar AVM, 2-ci mərtəbə


Digər xəbərlər

Xəbər xətti