Van Persi "Feyenoord"a keçir? - AÇIQLAMA

17:19 22 İyul 2017

Robin van Persi “Fənərbaxça”dan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, hücumçunun xidmətində “Feyenoord” klubu maraqlıdır. Bu haqda klubun baş məşqçisi Covanni van Bronxorst açıqlama verib:

 

“Biz van Persi ilə maraqlanırıq. Ümid edirəm ki, onu transfer edəcəyik. Danışıqlarımız davam edir".

 

Qeyd edık ki, 33 yaşlı futbolçu 1999-2004-cü illərdə Rotterdam  klubunda top qovub. O, “Feyenord”da 61 oyuna 15 qol vurub.


Digər xəbərlər

Xəbər xətti