"Kəpəz" Türkiyə klubuna məğlub oldu

10:13 23 İyul 2017

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” dünən növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi Türkiyənin 1-ci Liqa təmsilçisi olan “Ankaragücü” klubu ilə qarşılaşıb. Oyun rəqib kollektivin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Nizami yurdunun təmsilçisi hər iki qolu ilk yarıda buraxıb.

 

Bu oyun “sarı-göylər”in Ərzurumda ikinci sınaq matçı olub. Bundan əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu. “Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti