Ramilli "Jilina"dan uğursuz start

10:57 23 İyul 2017

Futbol üzrə Slovakiya çempionatında yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, mövsümün açılış matçında Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" səfərdə "Nitra"nın qonağı olub. Qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1.

 

Millimizin forvardı da bu qarşılaşmanın iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana çıxıb və 45 dəqiqə oynayıb.


Digər xəbərlər

Xəbər xətti