Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu günü 1 məşqlə başa vurub.
Sportarena.az xəbər verir ki, baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam məşqinə çıxan futbolçular daha çox toplu çalışmalara və taktiki gedişlərə üstünlük veriblər. Təxminən 1,5 saat davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib.
Qeyd edək ki, “Sumqayıt” sabah Boluda səhər məşqi və yoxlama oyunu keçirəcək. Rəqib Türkiyənin "Sivasspor" klubu olacaq.