Futbolçumuzun komandası darmadağın oldu

11:47 23 İyul 2017

Futbol üzrə Latviya birinci liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Qrobinas"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

 

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Lakin cari mövsümdə 10 qola imza atan və komandasının bombardiri olan Əsgərov bu dəfə fərqlənə bilməyib.

 

Qeyd edək ki, "Olayne" 12 turdan sonra 20 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti