Kintanadan şad xəbər - "Oynaya bilərəm"

17:02 23 İyul 2017

Bu gün “Qarabağ”ın fan-şopunun rəsmi açılışının olduğunu xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar”ın açılışda iştirak edən ispan futbolçusu Dani Kintana jurnalistlərin suallarını cavablandırıb:

- Artıq komanda ilə məşqlərə başlamışam. 2-3 həftə sonra oynayacaq halda olacam. Təbii ki, bunda baş məşqçinin qərarı da önəmlidi.

 

- “Şerif”lə cavab oyununa hazır ola biləcəksən?
- Ola bilsin ki, oynaya bilərəm, ancaq bu, inandırıcı görünmür. Çünki komanda ilə çalışmalara yeni başlamışam.

- Uzunmüddətli zədədən sonra özünü necə hiss edirsən?
- Hər şey yaxşıdı. Uzun müddət zədəli olsam da, özümü yaxşı hiss edirəm. Həkimlər də oynamağıma icazə verirlər.

- Qarşıdakı oyunla bağlı nə düşünürsən?
- “Şerif”in oyunlarını izləməyə başlamışam. Rəqib güclü komandadı, ancaq keçmək şansımız var. Kənardan göründüyü qədər asan rəqib deyil.


Xəbər xətti