"Sivasspor" "Sumqayıt"ı darmadağın etdi

11:05 24 İyul 2017

2017/18 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, sumqayıtlılar Türkiyə Super Liqası təmsilçisi “Sivasspor"la üz-üzə gəliblər. Bolu Termal Hotelinin stadionunda yerli saatla 18:00-da start götürən qarşılaşmada "Sumqayıt" 0:4 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü TFF 1-ci Liqasını lider olaraq tamamlayıb və Super Liqaya yüksəlib.

 

Yoxlama oyunu
23 iyul

Sumqayıt - Sivasspor 0:4
Qol:
Leandro Barrios, 12. Qalip Güzel, 49. Mert Hakan Yandaş, 70. Serhat Mutlu, 84.
Bolu, Termal Hotelin stadionu.

 

Sumqayıt: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.

Oyuna sonradan daxil olanlar: 11. Ehtiram Şahverdiyev, 5. Vüqar Bəybalayev, 39. Tural Bayramlı, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

 

Sivasspor: 15. Tolgahan Acar, 3. Elderson Echiejile, 2. Aroune Kone, 13. Hakan Arslan, 7. Leandro Barrios, 6. Ziya Erdal, 27. Vitali Djakov, 24. Rıdvan Şimşek, 5. Qalip Güzel, 20. Emre Kılınç, 21. John Boye.

Oyuna sonradan daxil olanlar: 33. Yavuz Boyar, 9. Muhammet Demir, 17. Hakan Bilgin, 14. İbrahim İşci, 22. Hasan Ekici, 23. Burak Gülle, 19. Serhat Mutlu, 8. Mert Hakan Yandaş, 10. Kerim Avcı.
Baş məşqçi: Samet Aybaba.


Digər xəbərlər

Xəbər xətti