"Bursaspor"un baş məşqçisi: "Dəniz Yılmaz da bizim ən güclü oyunçularımızdan biridir" - AÇIQLAMA

13:21 24 İyul 2017

"Dəniz indi çox istəklidi. Onun buz vəziyyətdə olması məni sevindirir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Bursaspor"un baş məşqçisi Pol Le Quen deyb. Avstriyada davam edən təlim-məşq toplanışın gedişi ilə bağlı yerli mətbuata açıqlama verən çalışdırıcı Azərbaycan millisinin üzvü Dəniz Yılmazdan da danışıb. O, ötən mövsümün sonunda əsas komandadan uzaqlaşdırılan və təlim-məşq toplanışın startı zamanı yenidən əfv edilən hücumçunun yaxşı vəziyyətdə olduğunu və ona güvəndiyini söyləyib:

 

"Düşünürəm ki, Dənizin yenidən əsas heyətə qayıtmasının komandaya xeyri olacaq. Uğurlu nəticələr qazanmaq üçün güclü futbolçulara ehtiyacımız var. Dəniz Yılmaz da bizim ən güclü oyunçularımızdan biridir". 

 

Qeyd edək ki, mövsümün əvvəlində adı "Göztəpə" və "Akhisar"la birgə hallanan 29 yaşlı hücumçunun "Bursaspor"la müqaviləsi gələn ilin yayında başa çatacaq. Dəniz ötən mövsüm "yaşıl-timsahlar"ın heyətində 4 qol vurmuşdu. 


Xəbər xətti