Rusiya klubu "Neftçi"ni yalançı çıxardı - AÇIQLAMA

14:13 24 İyul 2017

"Hazırda Georgi Navalovskinin keçidi üçün "Neftçi” ilə fəal danışıq aparırıq. Bu futbolçunun xidmətində maraqlıyıq. İyulun 25-də komandamızın düşərgəsində olacaq. Tibbi müayindən keçdikdən sonra onunla müqavilə bağlanılacaq”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri "SKA Xabarovsk”un idman direktoru Andrey Koroçkin sputnik-georgia.ru saytına deyib.

 

Klub rəsmisi müqavilənin müddəti barədə məlumat verməyib. O, həmçinin "Neftçi”yə ödəniləcək transfer məbləğinin sirri olduğunu bildirib.
 
Andrey Koroçkindən fərqli olaraq, "Neftçi” rəsmi saytı vasitəsi ilə Georgi Navalovskinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti