"Yuventus" onun transferini bitirir

16:47 24 İyul 2017

İtaliya A Seriyasında son 6 mövsümün çempionu olan "Yuventus" daha bir transferi rəsmiləşdirməyə yaxındı.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi A Seriyasının digər iştirakçısı "Fiorentina"nın italiyalı forvardı Federiko Bernardeskini heyətinə qatmağa hazırlaşır. 23 yaşlı futbolçu artıq Turinə yollanaraq tibbi yoxlamadan keçib. Onun tezliklə "Yuve" ilə 5 illik müqavilə imzalaması gözlənilir. Bernardeski yeni komandasında 10 nömrəli formanı geyinəcək.

 

İtaliya mətbuatının yaydığı məlumata görə, "Yuventus" bu transfer üçün "Fiorentina"ya 40 milyon avro təzminat ödəyəcək. 

 

Geridə qalan mövsümdə "Fiorentina"da 42 matça çıxan Bernardeski 14 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti