"Neftçi" Avstriyada məşqlərə başladı

11:05 25 İyul 2017

Neftçi” yeni mövsümə hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" dünən axşam Avstriya toplanışı çərçivəsində ilk məşqinə çıxıb.

 

Qeyd edək ki, paytaxt təmsilçisi Avstriyanın Kirxdorf bölgəsindəki hazırlıq prosesi çərçivəsində iyulun 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti