"Real" Mbappenin transferini tamamladı - İDDİA

15:16 25 İyul 2017

 

“Monako”nun gənc hücumçusu Kilian Mbappenin yeni komandası bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “Real” fransalı hücumçunun transferini həll edib. Bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə Madrid təmsilçisinin 18 yaşlı hücumçuya görə “knyazlıq klubu”na 180 milyon avro ödəyəcəyi qeyd edilib. “Kral klubu” bu məbləğin 160 milyonunu birbaşa, qalan 20 milyonunu isə hissə-hissə “Monako”nun hesabına köçürəcək.

 

Mbappe ilə 6 illik müqavilə imzalanacaq. Gənc futbolçu yeni klubunda ilinə 7 milyon avro qazanacaq.


Digər xəbərlər

Xəbər xətti