Elxan Məmmədov "Qarabağ"ın fan şopundan nə aldı? - FOTOLAR

17:24 25 İyul 2017

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və federasiyanın texniki direktoru Bernhard Lippert “Qarabağ”ın yeni açılan fan-şopunu ziyarət edərək alış-veriş ediblər.

 

Sportarena.az xəbər verir ki, Elxan Məmmədov yeni açılan fan-şop haqda fikirlərini bildirib:

 

"Qarabağ"ın fan-şopunun açılmasını görmək olduqca xoşdu. Məhsullarla yaxından tanış oldum. Sevindirici haldı ki, burda fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda, gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar da əldə edə bilər. Qiymətlər də çox uyğundu və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar olduqca və xoşagələndi.

 

İnanıram ki, axşam stadionda "Qarabağ" azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik. "Şerif"lə qarşılaşmada "Qarabağ"a uğurlar arzu edirəm".


Digər xəbərlər

Xəbər xətti