Çiçarito yenidən Premyer Liqada

17:40 25 İyul 2017

Bayer”in hücumçusu Xavyer Ernandes (Çiçarito) karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, Ernandes Londonun “Vest Hem” klubu ilə müqavilə bağlayıb. Meksika millisinin futbolçusu “çəkicdöyənlər”lə 3 illik anlaşma imzalayıb. Çiçaritonun transfer London klubuna 16 milyon funt-sterlinqə başa gəlib.

 

29 yaşlı forvard 2010-2015-ci illərdə “Mançester Yunayted”in şərəfini qoruyub və 103 oyuna 37 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti