"Sumqayıt" Türkiyə klubuna uduzdu

11:06 26 İyul 2017

2017/18 mövsümünə hazırlaşan "Sumqayıt" toplanışın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti oyuna çıxıb.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı kollektiv axşam məşqi əvəzinə TFF 1-ci Liqa təmsilçisi "Adana Demirspor"dan gələn təklifi qəbul edərək yoxlama oyunu keçirib. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sumqayıtlıların yeganə qolunu Rəşad Eyyubov vurub.

 

Yoxlama oyunu
25 iyul

Adana Demirspor - Sumqayıt 2:1
Qol:
Mendi, 8. Lalavele, 70 - Rəşad Eyyubov, 88.
Bolu, Termal Hotelin stadionu.

 

Sumqayıt: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, 21. Ramil Orucov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov.

 

Oyuna sonradan daxil olanlar: 18. Tural Axundov, 32. Rəşad Eyyubov, 10. Cavid İmamverdiyev, 6. Kamal Mirzəyev.


Digər xəbərlər

Xəbər xətti