Maksim Miçellə mübahisəsindən danışdı: "Topu ona ötürməyimi istəsə də..." - AÇIQLAMA

11:22 26 İyul 2017

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Moldova "Şerif"inə qarşı Bakıda keçirdikləri ilk oyundan (0:0) sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yoxluğunda Ağdam təmsilçisini meydana kapitan kimi çıxarmış futbolçu bunları söyləyib:

 

"Rəqib komanda bizi yaxşı analiz etmişdi. Mövqeləri bağlamışdılar. Əks-hücumlarda oynadılar. Belə rəqiblərə qarşı oynamışıq. "Şerif" “Samtredia” deyil, daha usta komandadı. Meydanda nə etmək lazım olduğunu bilirlər. Təcrübələri var. Amma onlara qarşı oynamaq olar. Çalışacağıq ki səfərdə başqa cür oynayaq. Artıq onları tanıyırıq. 5 müdafiəçi ilə oynadılar. İnanıram ki, cavab matçında fərqli oynayacaqlar. Ola bilər ki, cavab qarşılaşmasında epizodlarımız çox olsun. Çalışacağıq ki, müdafiədə sağlam oynayaq və hücum xəttimiz də yaxşı çıxış etsin. “Samtredia” 4 müdafiəçi ilə oynayırdı. Amma “Şerif” başqa taktika ilə çıxış etdi. Həm də Moldova komandası daha usta komandadı. Futbolçuları yaxşı mövqe seçirdilər".

 

Medvedev matçın sonlarında komanda yoldaşı Miçellə mübahisə etməsinə də münasibət bildirib:

 

"Adi oyun epizodu idi. Oyunun sonlarıydı, qələbə qazanmaq istəyirdik. Gərginlik çox idi. Miçel topu ona ötürməyimi istəsə də, mən daha yaxşı mövqedə olan Donald Qerye ilə oynadım. Belə olan halda anlaşılmazlıq yarandı".


Digər xəbərlər

Xəbər xətti