"Neftçi" daha bir Bundesliqa klubuna rəqib oldu

11:37 26 İyul 2017

"Neftçi”nin Avstriya toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" avqustun 2-də Almaniya Bundesliqasında çıxış edən "Herta” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, "Neftçi” "Herta” ilə oyunadək – iyulun 30-da BƏƏ-nin "Al Ain” klubu ilə sınaq matçına çıxacaq.

 

Əlavə edək ki, "ağ-qaralar" bu gün Budesliqanın digər təmsilçisi "Şalke"ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti