Əliyar Ağayev Rumıniyada kart payladı

12:18 26 İyul 2017

Azərbaycanlı hakimlər UEFA Çempionlar Liqasında daha bir oyun idarə ediblər.

 

Komanda.az xəbər verir ki, Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadamız Buxarestdə baş tutan "Styaua" (Rumıniya) - "Viktoriya" (Çexiya) görüşündə iş başında olublar. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.

 

Ağayev bu görüşdə 8 dəfə sarı vərəqəyə əl atıb. Bunlardan üçü meydan sahiblərinə, beşi isə qonaqlara göstərilib.

 

Əliyara bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.


Digər xəbərlər

Xəbər xətti