Millimizin müdafiəçisi Avropa Liqası üçün sifariş edildi

16:32 26 İyul 2017

Ukraynanın "Aleksandriya" klubu yeni transferi - millimizin müdafiəçisi Pavel Paşayevi UEFA-ya sifariş edib.
 

Sportarena.az xəbər verir ki, Paşayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Rumıniyanın "Astra" klubu ilə oyunlar üçün "Aleksandriya"nın iştirak ərizəsinə daxil edilib. O, 20 nömrəli formada çıxış edəcək. 


Qeyd edək ki, "Aleksandriya" “Astra” ilə iyulun 27-də səfərdə, avqustun 3-də isə Ukraynada oynayacaq.


Xəbər xətti