"Məncə, pis oynamadıq" - AÇIQLAMA

16:54 26 İyul 2017

"Kəpəz" Türkiyə hazırlığını yekunlaşdıraraq vətənə qayıdıb. 

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər”in Ərzurumda keçirdiyi məşqlər haqda qolkiper Davud Kərimi klubun saytına fikirlərini bölüşüb:

 

"Təlim-məşq toplanışı qaydasında keçdi, bizim yaxşı hazırlaşmağımız üçün gözəl şərait yaradılmışdı. Bunun üçün rəhbərliyə təşəkkür edirəm. Əzmlə, səylə çalışdıq. Məşqlər ağır keçdi. Əsasən fiziki hazırlıq üzərində işlədik. Yoxlama oyunları keçirdik. Görüşlər olan günlərdə də səhərlər məşq edib, oyunlara çıxdıq. Yorğunluq fonunda çıxış etdik. Məncə, pis oynamadıq. Bizim üçün əsas olan belə oyunlar yox, çempionat matçlarıdı. Qarşıdakı mövsümdə azarkeşləri sevindirməyə çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti