“Fənərbaxça”nın oyununa azərbaycanlı təyinat aldı

17:53 26 İyul 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) - “Şturm” (Avstriya) oyununun hakim-inspektoru azərbaycanlı olacaq.

 

Sportarena.az xəbər verir ki, UEFA sözügedən qarşılaşmaya hakim-inspektor kimi Asim Xudiyevi təyin edib.

 

“Fənərbaxça” - “Şturm” matçı avqustun 3-də İstanbulda keçiriləcək.


Xəbər xətti