“Panatinaikos”un heyəti çox dəyişib" - Qriqorçuk

23:32 26 İyul 2017

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin sabah baş tutacaq “Panatinaikos” – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis vacib görüş öncəsi bunları söyləyib:

 

“Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bütün bunun heç bir əhəmiyyəti yoxdu. Sabah heyətini yeniləmiş iki komanda oynayacaq. İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib. Rəqib haqda çox şey bilirik. Lakin sabahkı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də sabahkı oyunun necə alınacağı maraqlıdı. “Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq. Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq.

 

Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdi. “Panatinaikos” böyük ada malik komandadı, brenddi. Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədi. İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə, bunun əhəmiyyəti də yoxdu”.


Digər xəbərlər

Xəbər xətti