"Sumqayıt"ın növbəti hazırlıq günü - VİDEO

10:29 27 İyul 2017

2017/18 mövsümünə Türkiyədə hazırlaşan "Sumqayıt" dünən günü iki məşq əsnasında başa vurub.

 

Sportarena.az xəbər verir ki, Bolu toplanışının 12-ci gününün səhər məşqi saat 10:30-da start götürüb və futbolçular hazırlıq zamanı iki qrupa bölünüb. "Adana Demirspor"la matçda meydana çıxan futbolçular yüngül qaçışla kifayətlənib, digər qrup isə toplu çalışmalara üstünlük verib.

 

"Sumqayıt"ın axşam məşqi isə saat 18:30-da start götürüb. Axşam hazırlığında komanda toplu çalışmalara və taktiki gedişlərə üstünlük verib. Məşqə iki tərəfli oyunla yekun vurulub.

 

 


Digər xəbərlər

Xəbər xətti