Millimiz Qazaxıstana qalib gəldi

10:48 27 İyul 2017

Bu gün “Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoxlama oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu qarşılaşmanın 56-cı dəqiqəsində Merve Özdemir vurub.

 

İyulun 29-da “Dalğa Arena”da bu komandalar arasında daha bir oyun keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti