"Səbail" sonuncu matçında da uduzdu

11:40 27 İyul 2017

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" sonuncu yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv Səudiyyə Ərəbistanının "Əl-Raed" klubu ilə qarşılaşıb. "Green Park Resort Kartepe" otelinin meydançasında baş tutan oyun Premyer Liqamızın debütantı üçün uğursuz alınıb. Belə ki, "Səbail" meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. "Səbail"in yeganə qolunu Amit Quluzadə vurub.


Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq", Özbəkistanın "Paxtakor" klublarına da eyni hesabla (1:4) hesabla uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti