"Qəbələ" uduzdu - YENİLƏNİB

00:23 28 İyul 2017

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib

 

Sportarena.az xəbər verir ki, turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qəbələ” səfərdə “Panatinaikos”la qarşılaşlb. “Qırmızı-qaralar” avrokuboklar tarixində Yunanıstan nəhəngi ilə ikinci dəfə üz-üzə gəlib.

 

Bundan öncə 2015/16 mövsümündə, Avropa Liqasının pley-off mərhəlsində üz-üzə gələn komandaların duelindən qalib ayrılan (0:0, 2:2) Roman Qriqorçukun yetirmələri ilk dəfə qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazmışdı. Ancaq bu dəfə təmsilçimiz Afinanı məğlub tərk edib - 0:1.

 

Cütün taleyinə avqustun 3-də Bakıda keçiriləcək görüşdə aydınlıq gələcək.

 

Avropa Liqası: 3-cü təsnifat mərhələsi, ilk oyun

27 iyul

22:30 Panatinaikos (Yunanıstan) - Qəbələ (Azərbaycan) 1:0
Qol: 
Qilyerme Molins, 36-p

Hakimlər: Xuan Martinez Munuera, Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font, Mario Melero Lopez (hamısı İspaniya) 
Afina. “Apostolos Nikolaidis” stadionu


Digər xəbərlər

Xəbər xətti