Qızıl kubokunun qalibi bəlli oldu - 6-cı dəfə

12:20 27 İyul 2017

KONKAKAF-ın Qızıl kubok turniri yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, finalda ABŞ-la Yamayka üz-üzə gəlib. ABŞ 2:1 hesabı ilə qalib gələrək, turnirin qalibi olub.

 

Qarşılaşmada hesabı 45-ci dəqiqədə amerikalı Cozi Altidor açıb. Yamayka 50-ci dəqiqədə hesabı bərabərləşdirib. Ci-Von-Uotson fərqlənib. Oyunun 88-ci dəqiqəsində isə Cordan Morris yekun nəticəni müəyyənləşdirib.

 

ABŞ tarixində 6-cı dəfə Qızıl kuboku qazanıb. Yamayka isə tarixində ilk dəfə finala çıxmışdı.


Digər xəbərlər

Xəbər xətti