Ramil Şeydayev "Trabzonspor"a qarşı oynadı

12:37 27 İyul 2017

Slovakiyanın "Jilina" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu sözügedən kollektiv futbolçumuzun sabiq klubu - Türkiyə "Trabzonspor"u ilə qarşılaşıb. 7 qolun vurulduğu matç Slovakiya çempionunun məğlubiyyəti ilə başa çatıb - 3:4.

 

Ramil fasilədən sonra meydana çıxıb və müqavilə ilə məxsus olduğu kluba qarşı 45 dəqiqə oynayıb.

 

Qeyd edək ki, Şeydayev müqavilə ilə məhz "Trabzonspor"a məxsusdu. O, "Jilina"da icarə əsasında oynayır.


Digər xəbərlər

Xəbər xətti