Kamran Ağayev yeni klubuna qovuşdu - RƏSMİ

14:18 27 İyul 2017

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin Çexiyanın "Mlada Boleslav" klubu ilə anlaşdığını xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, Ağayevin “Mlada Boleslav”a keçidi rəsmiləşib. 31 yaşlı futbolçu Çexiya klubu ilə 1+1 şərtiylə müqavilə bağlayıb.

 

"Mlada Boleslav" Çexiya çempionatının ötən mövsümünü 4-cü pillədə başa vurub.

 

Qeyd edək ki, Kamran son olaraq Portuqaliyanın "Boavişta" klubunda forma geyinmişdi.


Digər xəbərlər

Xəbər xətti