"Kəpəz"in komandalarında məşqçi dəyişiklikləri

15:14 27 İyul 2017

"Kəpəz"in aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişiklikləri olub.

 

Sportarena.az xəbər verir ki, klubda 4 yeni məşqçi əmək fəaliyyətinə başlayıb. Belə ki, U-14 komandasını bundan sonra C kateqoriyalı İntiqam Səmədov çalışdıracaq. U-15 komandasına isə İlham Səmədov baş məşqçi təyin edilib. 20 ildi ki, məşqçilik sahəsində çalışan Səmədov B kateqoriyasına malikdi. Uşaq futbolu sahəsində tanınmış və titullu mütəxəssislərdən hesab edilən İlham Səmədovun ayrı-ayrı yaş qrupları üzrə komandaları Azərbaycan birinciliyinin qalibi və mükafatçısı olub.

 

"Kəpəz"in 16 yaşlılardan ibarət komandası İlkin Verdiyevə həvalə olunub. C kateqoriyalı Verdiyev vaxtilə "Kəpəz"də oynayıb. O, hazırda AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunda iştirak edir. Elə U-19 komandasına baş məşqçi təyinatı alan B kateqoriyalı Ceyhun Əhmədov da bir müddət "sarı-göylər"in şərəfini qoruyub.

 

Gəncə klubunda digər uşaq komandalarının baş məşqçiləri isə aşağıda qeyd olunanlardı: 

 

U-10 Məhəmməd Məmmədov, U-11 Səbuhi Məmmədov, U-12 Elmar Əhmədov, U-13 Rəhman Əzizov, U-17 İbrahim Hüseynov.


Digər xəbərlər

Xəbər xətti